AZ

Azərbaycanda hava məkanından istifadə və uçuş qaydaları təsdiqlənib

Bakı. Trend:

“Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanındanistifadəni və uçuş qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri(o cümlədən, Azərbaycan Respublikasında qeydiyyata alınmış havagəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinəyetirməlidirlər.

Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarəolunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiqsənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinəuyğun olmalıdır.

Qərarla daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
24
13
az.trend.az

10Mənbələr