Bu, şokdan başqa bir şey deyil.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov intihar edən nəqliyyat naziri Roman Starovoyt haqqında danışarkən deyib.
“Bu, normal insanları şok etməyə bilməz”, - o bildirib.
Peskovun sözlərinə görə, keçmiş nəqliyyat nazirinin ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə dərhal məlumat verilib.
O qeyd edib ki, hazırda araşdırma aparılır və araşdırma bütün suallara cavab vermək üçün nəzərdə tutulub.
Xatyırladaq ki, Starovoytun meyiti vəzifədən çıxan gün tapılıb.