BAKI, 8 iyul. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytun ölümü ilə bağlı jurnalistlərə açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.
D.Peskov bildirib ki, baş verənlər hər bir normal insan üçün şokedicidir:
“Bu, hamını şoka saldı. Təbii ki, bizi də sarsıtdı. Hazırda istintaq gedir və bütün suallara məhz onlar cavab verməlidir", - o qeyd edib.
Xatırladaq ki, iyulun 7-də Rusiya Prezidenti Vladimir Putin Roman Starovoytun nəqliyyat naziri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Həmin gün Starovoytun meyiti Moskva vilayətinin Odintsovo şəhər dairəsində tapılıb.
İlkin versiyaya görə, Roman Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyindən mükafat olaraq aldığı xidməti silahla intihar edib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.