AZ

Cadenza orkestri mövsümün yekun konsertinə hazırlaşır

Cadenza orkestri 15 iyul saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında (Kirxa) mövsümün yekun konsertini keçirəcək.

Konsert görkəmli bəstəkar Azər Rzayevin 95 illiyinə həsr olunub və konsertdə bəstəkarın violonçel və kamera orkestri üçün "Noktürn", piano və simlilər üçün "Kiçik vals", tar və kamera orkestri üçün "Düşüncə və Qaytağı", Violin konserti No.1 (II hissə) və kamera orkestri üçün "Poema" əsəri ifa olunacaq.

Konsertin solistləri Georgi İmanov (violonçel), Selcan Məmmədli (piano), Arslan Növrəsli (tar) və Məhəmməd Quluzadədir (violin).

Giriş sərbəstdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Seçilən
23
milli.az

1Mənbələr