AZ

İlon Mask Tramp və Epşteyn əlaqələri barədə paylaşımı sildi

İlon

ABŞ-lı milyarder İlon Mask sosial şəbəkə X-də ABŞ Prezidenti Donald Trampın pedofiliya və seks ticarəti ittihamları ilə üzləşən maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə adı keçdiyi barədə paylaşımını sildi.Tesla-nın qurucusu Mask 5 iyun cümə axşamı Trampla mübahisə zamanı yazmışdı: “İndi həqiqətən böyük bombanı buraxmağın vaxtı çatıb: Donald Tramp Epşteyn işinin sənədlərində var. Bu sənədlərin açıqlanmamasının əsl səbəbidir.” Bundan əlavə, o, 1992-ci ildə Tramp və Epşteynin bir tədbirdə söhbət etdikləri video da paylaşmışdı.Epşteyn işi ilə bağlı sənədlər minlərlə səhifəlik protokollar, onun dəftəri və polisə təqdim olunan videoları əhatə edir. Bu sənədlər ictimaiyyətdə böyük maraq doğurur, çünki orada Epşteynin nüfuzlu tanışlarının adları çəkilir və onların müştəri ola biləcəyi ehtimal olunur.Böyük hissəsi sənədlərin hələ də açıqlanmadığı bildirilir.Ulusum.az

Diqqət Çəkənlər

Almaniyada faciə: Azərbaycanlı tələbənin cansız bədəni tapıldı

Bu dünyada dəyişməyən iki şey var: vergi və ölüm

Ermənistanda enerji savaşı alovlandı: Milyarderin ailəsinə basqın, şirkətə hücum

Seçilən
59
ulusum.az

1Mənbələr