Kanal D-də yayımlanan və çərşənbə gecələrinin sevilən serialına çevrilən “Eşref Rüya” yay fasiləsinə çıxsa da, təsirini davam etdirir.
News24.az CNN Türk-ə istinadən xəbər verir ki, baş rollarda Çağatay Ulusoy və Demet Özdemirin yer aldığı serial həm güclü ssenarisi, həm də yüksək istehsalı ilə mövsümə damğasını vurub.
Serialın sezon finalında Eşrefin Nisanı qorumaq üçün günahı öz üzərinə götürməsi izləyicilərdə dərin təəssürat yaradıb. “Eşref Rüya” iyun ayında sosial mediada ən çox danışılan serial olub – bu mövzu ilə bağlı 368 mindən çox paylaşım edilib.
Serial eyni zamanda D-Smart GO platformasında da uğur qazanıb. Bütün bölümləri yayımlandığı gündən bəri orada ən çox izlənən serial olub. İstər ilk dəfə izləyənlər, istərsə də buraxdıqları bölümləri izləyənlər “Eşref Rüya”ya böyük maraq göstərir.
Reytinq və sosial mediada uğur qazanan serialın ikinci mövsümünün yenidən Kanal D-də yayımlanacağı təsdiqlənib.
Xeyrənsə Piriyeva