Çexiya yığmasının və "Çelsi"nin sabiq qapıçısı Petr Çexin oğlu Damian İngiltərə klubuna transfer olub.
Offsideplus.az xəbər verir ki, 16 yaşlı oyunçu iki illik peşəkar müqavilə əsasında Londonun "Fulhem" klubuna keçib. O, karyerasının ilk professional müqavilə imza atıb.
D. Çex 15 yaşında Çexiya U-18 komandasında debüt edib. O, həmçinin daha öncə atasının 10 il formasını geyindiyi "Çelsi"nin akademiyasında çıxış edib.