AZ

Çin Qırmızı dənizdə Alman hərbi təyyarəsinə lazerlə hücum edib

ain.az bildirir, Azpost portalına istinadən.

Çin və Almaniya arasında Qırmızı dənizdə baş verən insident beynəlxalq gərginliyə səbəb olub. AzPost xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi Çin ordusunun Aİ-nin “Aspides” adlı dəniz missiyası çərçivəsində fəaliyyət göstərən alman hərbi təyyarəsini lazerlə hədəfə aldığını açıqlayıb.

Hadisə, Avropa ölkələrinin fevral ayından bəri Qırmızı dənizdə husilərin hücumlarından ticarət gəmilərini qorumaq üçün həyata keçirdiyi birgə əməliyyat zamanı baş verib. Rəsmi Berlin bu hücumu “qəbuledilməz” adlandırıb və qeyd edib ki, bu cür davranış həm missiyanın gedişinə, həm də alman hərbçilərinin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Almaniya Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda qeyd edib: “Çin ordusunun Aİ missiyasına qarşı belə hərəkəti qəbuledilməzdir. Bu, beynəlxalq əməkdaşlığa və təhlükəsizlik səylərinə ziddir”.

Bəyanatda həmçinin vurğulanıb ki, Almaniya bu addımı ciddi şəkildə qiymətləndirir və məsələ ilə bağlı diplomatik addımlar atır. Artıq Çin səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və izahat tələb olunub.

Hadisəyə Almaniya mediası da sərt reaksiya verib. Məsələn, “NTV” portalı bu insidenti “qəbuledilməz təhlükə” kimi qiymətləndirib və Pekinin hərbi təxribatlarının artdığını qeyd edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
azpost.info

2Mənbələr