Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində davamlı qaydada aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması, asfalt-beton örtüyünün vurulması işləri və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.




