AZ

Anar İsgəndərov: Azərbaycan mediası ölkə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərib

Bakı, 8 iyul, AZƏRTAC

Bu gün ölkəmizdə, sözün əsl mənasında, güclü və nüfuzlu mətbuat mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar İsgəndərov “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı səsləndirib.

Deputat qeyd edib ki, media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib.

 

Seçilən
25
1
azertag.az

2Mənbələr