Misli Premyer Liqasının debütantı “Karvan” mövsümlərarası fasilədə ikinci transferini həyata keçirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Süleyman Əhmədovu sıralarına qatıb.

Onunla müqavilənin müddəti 1 illiyə nəzərdə tutulub.

25 yaşlı müdafiəçinin son klubu “Səbail” olub.

Xatırladaq ki, "Karvan" bundan öncə "Turan Tovuz"dan Eltun Turabovun transferini açıqlamışdı.