AZ

Süleyman Əhmədov “Səbail”i “Karvan”a dəyişdi

Premyer Liqanı tərk etmiş “Səbail”dən azad agent kimi ayrılan Süleyman Əhmədov bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Süleyman Əhmədov 2023-cü ildən “Səbail”də çıxış edirdi. Müdafiənin hər iki cinahında oynamağı bacaran futbolçu bu komandanın heyətində 40 oyun keçirib. “Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan müdafiəçi karyerası ərzində “Qarabağ” (U-19) və “Sumqayıt” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Karvan” 2024/2025-ci illər mövsümündə Birinci Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Yevlax təmsilçisi daha öncə “Turan Tovuz”dan ayrılmış Eltun Turabovu da heyətinə qatmışdı. Gedənlər: Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurov isə komandanı tərk ediblər.

Seçilən
29
arena.az

1Mənbələr