"Karvan" heyətini daha bir futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandamız müdafiəçi mövqeyində çıxış edən Süleyman Əhmədov ilə 1 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu son olaraq “Səbail” klubunda çıxış edib.