AZ

Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyükönəmi var.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı,əməkdar jurnalist Vüqar Rəhimzadə “Medianın inkişafında ÜmummilliLider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanıdeyib.

O bildirib ki, jurnalistlərin bayramı həm də cəmiyyətinvətəndaşların bayramıdır:

"Bizi hazırladığımız materialı bütün insanlar üçün hazırlayırıq.Bu bayram həm də bizim xalqımızın bayramıdır. Ulu Öndərimiz HeydərƏliyev hər sahədə olduğu kimi, mətbuata da böyük önəm verirdi.Mətbuata diqqət , qayğı hər zaman hakimiyyətin proritetlərindənolub. Bu gün peşəkar jurnalistika mövzuddur".

"Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanınböyük önəmi var. Zaman göstərdi ki, senzuranın ləğv edilməsi çoxvacib bir qərar oldu. Bu qərar bu gün jurnalistikanın inkişafına öztövhəsini verdi. Bu gün Azərbaycan jurnalistikası peşəkar şəkildəfəaliyyət göstərməyi qarşısına məqsəd kimi qoyub və bu yöndə uğurqazanmağa davam edir.

Hazırda Azərbaycan jurnalistikası öz mövqeyini çox mütəşəkkilşəkildə ortaya qoya bilir", - deyə V. Rəhimzadə əlavə edib.

Seçilən
63
az.trend.az

1Mənbələr