AZ

BDU nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının kimya müəllimliyi, hüquqşünaslıq, fizika müəllimliyi ixtisasları üzrə builki məzunları Cavidan Hacıəliyev, Miranə Ağayeva, Rüqəyya Xıdırova, İlqarə Mirzəyeva üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq hüququnu əldə ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və ona tabe qurumların müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
azertag.az

1Mənbələr