Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkovla ikitərəfli görüş keçirib.
Teleqraf xəbər verir ki, A.Kurenkov İran və İsrail arasında son gərginlik dövründə Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkili ilə bağlı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.