AZ

“Trampın bu qərarı təəssüf doğurur”

Yaponiya Baş naziri İşiba Şigeru, ABŞ Prezidenti Donald Trampın ölkəsinə qarşı tətbiq etdiyi 25 faiz rüsum qərarını təəssüf doğuran qərar adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İşiba, tarifə üzrə işçi qrupunun iclasında çıxış edərək, ABŞ-nin tətbiq etdiyi rüsumlarla bağlı dəyərləndirmələr aparıb.

O, ABŞ ilə qarşılıqlı fayda təmin edən bir razılaşma üçün ikitərəfli danışıqların davam edəcəyini bildirib.

"Təəssüf ki, aramızda fikir ayrılıqları olduğuna görə hələ bir razılaşmaya gələ bilməmişik. Yaponiya, lazım olanı tələb edib qoruyarkən, asanlıqla güzəştə getməkdən çəkinir", - o bildirib.

Seçilən
37
1
operativmm.az

2Mənbələr