AZ

Texasda daşqın –100 nəfərdin çox ölən var

Çərşənbə axşamı, iyulun 8-də Texasda daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Herbiand.az xəbər verir ki, təbii fəlakətdən ən çox zərər çəkən Kerr qraflığının şerifi Larri Leitin ofisindən verilən məlumata görə, təkcə bu bölgədə 28-i uşaq olmaqla 84 qurban var idi. Daha 17 nəfər qonşu əyalətlərdə ölüb.

Bildirilir ki, “Camp Mystic” yay düşərgəsindən itkin düşən 11 nəfərin – on qız və bir təlimatçının axtarışı hələ də uğurlu olmayıb. Ümumilikdə, təbii fəlakət zamanı Qvadalupe çayının sahilində yerləşən bu düşərgədə 750 uşaq olub. Onların əksəriyyəti uğurla təxliyə edilib. Hazırda 27 nəfərin öldüyü təsdiqlənib.

Texasda daşqınlara güclü yağışlar səbəb olub, yağışın miqdarı hər kvadrat metrə 300 litrə çatıb ki, bu da Kerr qraflığında orta illik yağıntının üçdə birini təşkil edir. AFP-nin məlumatına görə, iyulun 4-nə keçən gecə Qvadalupe çayı 45 dəqiqə ərzində 8 metr yüksəlib. Həmin vaxt Müstəqillik Günü bayramı və ondan sonrakı həftəsonu ilə əlaqədar çoxlu insan çayın yaxınlığında istirahət edirdi.

Seçilən
61
herbiand.az

1Mənbələr