AZ

Ermənistan parlamentində əlbəyaxa dava - Video

Ermənistan parlamentində təhlükəsizlik xidmətinin əməkdaşları, deputatlar və onların köməkçilərinin iştirakı ilə əlbəyaxa dava olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, dava zamanı parlamentin sədr müavini Ruben Rubinyan sessiyada fasilə elan edib. Davaya səbəb Ermənistan müxalifət blokundan olan deputat Artur Sərkisyanın çıxışından sonra iclas zalını tərk edərkən ona hakim Mülki Müqavilə partiyasının üzvü deputat Vahe Qalumyanın hücumu olub.

Seçilən
50
2
axar.az

3Mənbələr