Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin birgə məlumatı
Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərəsəfərləri üçün icazə prosedurları daha da sadələşdirilir
Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiqrayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az)portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqlamaksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləridedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyatvasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğunnəqliyyat vasitələri nəzərdə tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər “YolumuzQarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, minatəhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı,həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiqyoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxilolduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənaraçıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutuboyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsiləsəfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digəryerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətgöstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə girişicazəsi əldə etmiş olacaqlar.