AZ

ABŞ Ədliyyə Nazirliyi Epşteynin ölümü ilə bağlı nəzəriyyələri “konspirasiya” adlandırdı

ABŞ

ABŞ Ədliyyə Nazirliyi uşaqların fahişəliyini təşkil etməkdə ittiham olunan maliyyəçi Cefri Epşteynin qətlində ittihamları təkzib etmək üçün 11 saatlıq video yayımlayıb. Video nazirliyin rəsmi saytında yerləşdirilib.Rəsmi məlumatlara görə, Epşteyn 2019-cu il avqustun 10-da intihar edib. ABŞ Ədliyyəsinin yaydığı görüntülər, Epşteynin olduğu kameraya ölümündən əvvəl heç kimin daxil olmadığını sübut etməyə yönəlib. Maliyyəçinin öz-özünə həyatına qəsd etməsi faktını Federal Təhqiqat Bürosunun (FTB) araşdırması da təsdiqləyib.FTB-nin sənədində deyilir: “Epşteyn 2019-cu il avqustun 9-u saat 22:40-da kamerasına bağlandığı andan təxminən ertəsi gün səhər 6:30-dək heç kim onun olduğu xüsusi həbs bölməsinin hər hansı mərtəbəsinə daxil olmayıb.”Həmçinin sənəddə "Epşteyn siyahısı" adlanan məşhur siyahının mövcud olmadığı və buna görə də ABŞ Ədliyyə Nazirliyinin həmin siyahını açıqlamayacağı vurğulanır.Ulusum.az

Diqqət Çəkənlər

Almaniyada faciə: Azərbaycanlı tələbənin cansız bədəni tapıldı

Euronews Georgia-nın qurucusu Ramişviliyə 10 il həbs cəzası təhlükəsi

Bu dünyada dəyişməyən iki şey var: vergi və ölüm

Seçilən
60
ulusum.az

1Mənbələr