AZ

Qazaxıstandan Trampa cavab gəlir– ABŞ-ın 25 faizlik tariflərinə sərt reaksiya

ABŞ-ın Qazaxıstana qarşı tətbiq etdiyi 25 faizlik idxal rüsumlarına bu ölkənin Ticarət və İnteqrasiya Nazirliyi sərt mövqe nümayiş etdirib. AzPost xəbər verir ki, Rəsmi Astana Vaşinqtonun bu addımına cavab hazırlayır və qarşılıqlı tədbirlərin görüləcəyini istisna etmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Qazaxıstandan idxal edilən mallara 25 faiz rüsum tətbiq olunacağını açıqlayıb və bu barədə şəxsən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə məktub ünvanlayıb. Tramp bildirib ki, yeni tariflər 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Qazaxıstan Ticarət Nazirliyi yayılan açıqlamada bildirib ki, ölkə bu vəziyyəti səssiz qarşılamayacaq və rəsmi cavab üzərində artıq iş aparılır. Nazirliyin sözçüsü bəyan edib: “Biz bu vəziyyətlə razılaşmaq niyyətində deyilik. Mövcud iqtisadi maraqlarımızı qorumaq üçün cavab tədbirləri hazırlanır.”

Hazırda cavab paketinin detalları açıqlanmasa da, ekspertlər qarşılıqlı tarif və kvotaların mümkün olduğunu istisna etmirlər. Bu addım Mərkəzi Asiya ilə ABŞ arasında ticarət münasibətlərində gərginlik yarada bilər.

Ağ Evin mətbuat katibi Caroline Levitt isə bildirib ki, Qazaxıstanla yanaşı daha 12 ölkə eyni tariflərə məruz qalacaq. Artıq Cənubi Koreya və Yaponiya da daxil olmaqla bəzi ölkələrə rəsmi məktublar göndərilib.

AzPost.az

Seçilən
59
6
azpost.info

7Mənbələr