Bəs, yollarda çökmə halı baş verdikdə təhlükəsizlik tədbirləri necə həyata keçirilir?
Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bu, yol infrastrukturu ilə bağlı olan problemdir:

“Lakin bu məsələyə təsir göstərən əsas amillərdən biri də yolun altından keçən kanalizasiya kollektorudur. Həmin kollektor köhnədir və onun nə zaman, hansı şəkildə təsir göstərəcəyi qeyri-müəyyəndir. Köhnəlmiş kanalizasiya xətti zaman-zaman yolun altındakı torpaq qatını yuyur.
Deformasiyaya uğramış və köhnəlmiş sistem olduğu üçün, konstruksiyada yaranan problemlər nəticəsində torpağın yuyulması baş verir və asfalt örtüyünün altı boşalır. Bu da nəticə etibarilə ciddi problemlərə səbəb olur”.
Leyla Turan
Demokrat.az