AZ

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına 21 milyarddan çox vəsait ayrılıb

BAKI, 8 iyul, TELEQRAF

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Sammiti çərçivəsində Azərbaycanın Xankəndi şəhərində verilən qlobal mesajlar 570 milyon əhalisi, 2.7 trilyon dollar nominal, 8.9 trilyon dollar real ÜDM-ə sahib olan dövlətləri təmsil edən qurumun mövqeyi idi. 30 illik Ermənistan işğalından azad edilən və yenidən bərpa edilərək inkişaf mərhələsinə qədəm qoyan Xankəndindən dünyaya mesajların verilməsi Ali Baş Komandanımızın rəhbərliyi ilə regionda yeni düzənin artıq formalaşdığını bir daha təsdiq edir".

Teleqraf xəbər verir ki, bu fikirləri parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib:

O bildirib ki, qlobal məsələlərin Azərbaycanda və özəlliklə də Xankəndi şəhərində müzakirə edilməsi yeni düzənin yeni prioritetləridir:

"Prezidentin rəhbərliyi ilə inkişaf edən Azərbaycan çoxvektorlu xarici siyasəti ilə regionda orta gücə çevrilmiş dövlətdir. Bu güc Qərb ilə Şərqin qovuşmasına xüsusi töhvə verir. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir. Xankəndidə ECO-nun sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir. Azərbaycan ECO-ya üzv ölkələrlə əməkdaşlığı dərinləşir və münasibətlərin daha da inkişafı ölkəmizin xarici siyasətində prioritet məsələdir".

Deputat əlavə edib ki, Zəfərdən sonra Xankəndi daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb: "Artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkünlər isə öz dogma yurdlarına qayıdıblar. Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimzdə yaşayanların sayı isə 200 mindən çox olacaq".

Seçilən
36
5
teleqraf.com

6Mənbələr