Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Moskva, 8 iyul, AZƏRTAC
Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda 110 nəfər bağırsaq infeksiyası simptomları ilə xəstəxanaya çatdırılıb. Onların əksəriyyəti uşaqlardır.
AZƏRTAC xəbər verir ki, rayon başçısını vəzifələrini müvəqqəti icra edən Feyruddin Rəhimxanov zəhərlənmənin səbəbinin içməli su ola biləcəyini təsdiq edib. Xəstəlik halları Dağıstanın Məhərrəmkənd, Kuysun, Gilyar, Qaptsa və Yuxarı Tahirkənd yaşayış məntəqələrində də qeyd alınıb.
“Rospotrebnadzor” təşkilatının respublika idarəsinin məlumatına görə, infeksiyanın icmalı su yolu ilə yayılması təsdiqlənib. Hazırda epidemioloji təhqiqat aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.