"Real Madrid"in baş məşqçisi Xabi Alonso gənc futbolçusu Endriki başqa mövqedə yoxlamağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 18 yaşlı hücumçunu təkcə mərkəzdə yox, sağ vinger mövqeyində də oynatmaq istəyir.

Bu barədə ispaniyalı jurnalist Xorxe Pikon məlumat yayıb.

Endrik sabiq klubu "Palmeyras" da vinger kimi çıxış edib.

Qeyd edək ki, braziliyalı futbolçu ötən ilin yayında "Real Madrid"ə qoşulub. O, başa çatan mövsüm 37 oyunda 7 qol vurmağı bacarıb.