Bakı. Trend:
Ermənistan parlamentində “Ermənistan” müxalifət blokundan olandeputat Artur Sarkisyanın işi ilə bağlı növbədənkənar iclas davamedir.
Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, baş prokuror Anna VardapetyanSarkisyan barəsində ictimai cinayət təqibinə başlamağa razılıqverilməsi ilə bağlı vəsatət qaldırıb.
Baş prokurorluğun ittihamına əsasən, Artur Sarkisyan daxilolmaqla, müxalifətdən olan bir sıra şəxslər öncədən əlbir olaraq2024-cü ilin iyul ayından 2025-ci il martın 14-dək olan müddətdəErmənistanda terror aktı törətməyə və hakimiyyəti ələ keçirməyəhazırlaşıblar.
Ermənistan müxalifəti isə irəli sürülən bütün ittihamları təkzibedir, bu prosesi siyasi təqib və təzyiq kimi qiymətləndirir.Onların fikrincə, Baş prokuror Anna Vardapetyan birbaşa ölkənin başnaziri Nikol Paşinyanın maraqlarına xidmət edir.