AZ

“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb”...

ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter NATO-nu “faydasız” adlandıraraq onun fəaliyyətinin dayandırılmalı olduğunu bildirib.
XəzərNews.azRusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə fikirlərini YouTube kanalında səsləndirib.

“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb. Rusiya NATO ölkələri üçün təhlükə deyil, əksinə, onu məğlub etməyə çalışırlar”, – deyə Ritter qeyd edib.

Onun sözlərinə görə, Moskva özünə qarşı yönəlmiş təzyiqlərə qarşı durmaq hüququna malikdir.

Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban da bir müddət əvvəl bəyan etmişdi ki, NATO-da çoxluq ölkələrlə Rusiya arasında hər hansı münaqişənin üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini düşünür və bunun qarşısı alınmalıdır.

Xəbər 4 dəfə oxunub.
Seçilən
32
xezernews.az

1Mənbələr