AZ

Məbəddən iki rupi oğurlayan kişi 55 il sonra 10 min rupi qaytarıb

Hindistanda bir nəfər məbəddən iki rupi oğurlayıb və 55 ildən sonra 10.000 rupini ora qaytarıb...

Poliqon xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Tamil Nadudakı Erode Çellandi Amman məbədinin işçiləri pul olan bir zərf tapıblar və orada tövbə edən oğrunun qeydi olub.

"Borcumu ödəyə bilmədiyim üçün pulu götürdüm. İndi - 55 ildən sonra onu məbədə qaytardım. Götürdüyüm 2 ruöpi müqabilində 10 000 rupi ianə verirəm", deyə həmin şəxs yazıb.

İnflyasiya nəzərə alınmaqla, 55 il əvvəl götürülən iki rupinin dəyəri hazırda 102 pul vahididir. Sözügedən məbədin indi yüz ildən çox yaşı var.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr