AZ

Paşinyan Rusiya tərəftarlarına qarşı hücuma keçdi

Ermənistan İstintaq Komitəsi "Ermənistan Elektrik Şəbəkələri"nin (EEŞ) ofisində “təcili istintaq hərəkətləri”nin aparıldığını təsdiqləyib.

İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan @SputnikARM-ə açıqlamasında "İstintaq Komitəsinin İqtisadi Cinayətlərə Dair İşlər üzrə Baş İdarəsi və İrəvan İstintaq İdarəsində başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Yaxın vaxtlarda rəsmi açıqlama verəcəyik" deyib.

Ermənistan İstintaq Komitəsi EEŞ-in sahibi Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın evində axtarışların aparıldığını təsdiqləyib

EEŞ-nın mətbuat katibi bildirib ki, İqtisadi Cinayətlərə və Qaçaqmalçılığa qarşı Baş İdarə və İrəvanın İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri aparılır.

Seçilən
67
2
anspress.com

3Mənbələr