AZ

Azərbaycan ECO-nun daha səmərəli fəaliyyətinə mühüm töhfələr verir

Bakı. Trend:

Ötən həftə Azərbaycan növbəti beynəlxalq tədbirə - İqtisadiƏməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə evsahibliyietdi. Lakin bu Zirvə görüşünün ölkəmizdə təşkil olunan digərbeynəlxalq tədbirlərdən fərqi onda oldu ki, Qarabağda, erməniseparatizmindən xilas edilən Xankəndi şəhərində keçirildi.Prezident İlham Əliyev də tədbirdəki çıxışında diqqəti məhz bunüansa yönəldərək, Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusimənasının olduğunu dedi.

Bəli, uzun illər erməni separatizminin yuvası olan Xankənditarixi yurd yerimiz kimi yenidən dirçəlir və Azərbaycanın Zəfərini,yüksəlişini, qətiyyətli siyasətini dünyaya bəyan edir. Cəmi 5 iləvvələ qədər Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altındaidi. 2 il əvvələ qədər isə erməni separatçıları XankəndidənAzərbaycana qarşı təhdidlər yağdırır, hərbi təxribatlar həyatakeçirirdilər. Lakin Prezident İlham Əliyevin Xankəndidə bəyanetdiyi kimi Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmadı.Dövlətimizin başçısı hələ Vətən müharibəsindən əvvəl çıxışlarındahər zaman deyirdi ki, əgər Ermənistan işğal edilmiştorpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzühərbi yolla bərpa edəcəyik. Bu xəbərdarlıqları ciddi qəbul etməyənErmənistan və onun havadarları nəticədə Azərbaycanın «dəmiryumruğunu» hiss etdilər. Cənab Prezidentin ECO-nun 17-ci Zirvəgörüşündə bildirdiyi kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsizamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci ilnoyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

Prezident İlham Əliyev çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatınaüzv dövlətlərin liderlərini həm də Ermənistanın vandallığı iləbağlı məlumatlandırdı. İşğal dövründə şəhər və kəndlərimizin,mədəni və dini abidələrimizin yer üzündən silindiyi, 67 məsciddən65-nin yerlə-yeksan edildiyi, qalan ikisindən isə donuz və inəktövləsi kimi istifadə olunduğu, qəbiristanlıqların vandalizmə məruzqalaraq, dağıdıldığı, qəbir daşlarının talanaraq Ermənistanaaparıldığı, Azərbaycana vurulmuş zərərin təxminən 150 milyard ABŞdolları məbləğində qiymətləndirildiyi onların diqqətinəçatdırıldı.

ECO-nun 17-ci Zirvə görüşünə gələn dövlət və hökumət başçılarıAzərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpavə quruculuq işlərinə də şahidlik etdilər. Prezident İlham Əliyevbu barədə danışaraq “Böyük Qayıdış” proqramının icra edildiyini,indiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərinqayıdışının təmin olunduğunu, hazırda Qarabağ və Şərqi Zəngəzurda50 mindən çox insanın yaşadığını, çalışdığını və təhsil aldığınıonların diqqətinə çatdırdı. Elə Zirvə görüşünün Xankəndidəkeçirilməsi də bu şəhərin dirçəlişinin göstəricisidir. Bu mənadaECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın Zəfərinin, torpaqlarını gücyolu ilə işğaldan azad etməsinin, Ermənistanın işğalçı siyasətininnəticələrinin və bu gün Qarabağ və Şərqi Zəngəzurda həyatakeçirilən bərpa və quruculuq işlərinin növbəti beynəlxalq təqdimatıoldu.

Ümumiyyətlə, ECO artıq həllini tapmış Qarabağ məsələsində hərzaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Butədbirdə iştirak etmək üçün Türkiyənin, İranın, Özbəkistanın,Qırğızıstanın, Tacikisitanın, prezidentlərinin, Pakistan vəQazaxıstanın Baş nazirlərinin, Əfqanıstanın Baş nazirininmüavininin, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavinininQarabağa səfərləri də bunu təsdiq edir. Ona görə bu mötəbərtədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidəkeçirilməsi, tədbirdə ECO-ya üzv ölkələrin dövlət və hökumətbaşçılarının iştirakı torpaqlarımızın işğaldan azad edilməsinə vəərazi bütövlüyümüzə göstərilən növbəti böyük ehtiram və dəstək kimixarakterizə olunmalıdır. Şuşa şəhərinin 2026-cı il üçün “ECO-nunTurizm paytaxtı” elan edilməsi də ECO-nun Azərbaycanın Zəfəri iləhəmrəyliyinin təzahürüdür.

Azərbaycan-ECO münasibətlərinə gəldikdə isə ilk növbədə qeydedilməlidir ki, respublikamız bu təşkilatın səmərəli fəaliyyətgöstərməsində maraqlıdır. Ölkəmiz artıq üçüncü dəfədir ki, ECO-nunZirvə görüşünə ev sahibliyi edir. Əvvəlki Zirvə görüşləri 2006 və2012-ci illərdə də Bakıda keçirilib. Bu Zirvə görüşlərində qəbuledilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi vəsiyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərinprioritetləri və istiqamətləri öz əksini tapıb.

Respublikamız ECO çərçivəsində çoxtərəfli əməkdaşlığa da önəmverir. Hazırda ECO-nun 10 üzvü var: Azərbaycan, Türkiyə, İran,Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikisitan,Əfqanıstan və Türkmənistan. Bu dövlətlərin hər biri iləAzərbaycanın sıx əlaqələri var. Respublikamızın reallaşdırdığıkommunikasiya layihələri, yaratdığı enerji dəhlizləri, habelənəqliyyat dəhlizlərinin inkişafına verdiyi böyük töhfələr ECO-yaüzv dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələriningenişlənməsinə xidmət edir. Azərbaycanın təşəbbüslərinin nəticəsiolaraq ECO daha da inkişaf edib, regiondakı mövqelərinimöhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləridərinləşib. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləriECO-ya üzv dövlətlərin demək olar ki, əksəriyyətini əhatə edir.Bunun özü də üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın daha daartması üçün imkanlar yaradır.

Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın ECO iləəməkdaşlığı və bu təşkilat çərçivəsində çoxtərəfli əlaqələrəverdiyi töhfələr yalnız iqtisadi məsələlərlə yekunlaşmır. Ölkəmiztəşkilat daxilində mədəni, humanitar və digər müstəvilərdə dəmünasibətlərin inkişafı üçün fəallıq göstərir. Bu baxımdanAzərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi butəşkilatın daha səmərəli fəaliyyətinə xidmət edən əlamətdarhadisədir. ECO Həftəsi çərçivəsində Şuşada Biznes-Forumun, AğdamdaGənclər Forumunun, Laçında isə Qadınlar Forumunun təşkil edilməsiECO-nun fəaliyyətinin genişləndirilməsinə xidmət edən mühümtədbirlər oldu. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzininvə Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunmasıistiqamətində işlər isə davam edir.

Ümumilikdə, Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşününortaya qoyduğu ən böyük həqiqətlərdən biri Azərbaycanın butəşkilatın səmərəli fəaliyyəti istiqamətində nümayiş etdirdiyifəallıq oldu. Bu da Azərbaycanın təşkilatda xüsusi çəkiyə malik üzvolduğunu göstərir. Ölkəmizin regiondakı aparıcı rolu isə sözsüz ki,qarşıdakı dövrdə ECO-nun fəaliyyətinin daha da güclənməsinə və üzvdövlətlərin əməkdaşlığının genişlənməsinə yol açan addımlarınatılması ilə əlamətdar olacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Seçilən
46
3
az.trend.az

4Mənbələr