AZ

Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır.

Yunis Quliyev

Seçilən
60
13
qafqazinfo.az

10Mənbələr