AZ

2 KOB subyekti də “Startap”çı oldu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, adı çəkilən qurumun Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

“Startap” şəhadətnamələri “İloyal” MMC-nin müştəri loyallığı, eləcə də rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib. Ümumilikdə, indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Xatırladaq ki, “Startap” şəhadətnamələrinə əsasən, KOB subyektləri adı çəkilən sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad olunurlar.

 

Seçilən
9
14
xalqqazeti.az

10Mənbələr