"Müharibədə niyə uduzduğumuzu bilirsinizmi?"
Moderator.az xəbər verir ki, "Armenian Tayms" nəşrinin yaydığı məlumata görə, bu sualı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkədəki səhifəsində verib.

Cavabında erməni nazir özü belə yazıb:
"Çünki, məsələn, mətbuatda yazılanlara görə, müdafiə naziri Seyran Ohanyanın belə malikanələri var və o, müdafiə naziri olanda həmin villadan bizim səngərlərimiz belə, görünürdü”.
Nazir postunun yanında bir neçə foto da dərc edib.

Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri, hazırda terrorçu eks-prezident, digər Xocalı canisi Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun parlamentdəki fraksiyasının rəhbəri olan Seyran Ohanyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Xankəndindəki 366-cı alayının tərkibindəki taborlardan birinin komandiri kimi Xocalının dinc sakinlərinə qarşı soyqırımı həyata keçirənlərədən biri olub...
S.Laçın