Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə kuboku keçirilib.
"Football-plus.az" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda ümumilikdə 317 idmançı iştirak edib.
Üç gün davam edən yarışda samboçuların 132-si yeniyetmə, 90-ı gənc, 95-i isə böyüklər kateqoriyasında mübarizə aparıblar. Ümumilikdə, 22 dəst medal öz sahibini tapıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta