“Şamaxı” komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubdan Bakues.az-a verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb.
Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” kollektivində çıxış edib.