AZ

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 7 iyul, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan İş Adamları Cəmiyyətinin (İCMA) Milli Assosiasiyasına və Kipr Türk Sahibkarlar Dərnəyinə (İŞAD) iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

AZƏRTAC xəbər verir ki, Şimali Kipr liderinin saytında yerləşdirilən bəyanatda ötən həftə ŞKTC nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində sahibkarlarla keçirilən görüş yüksək qiymətləndirilib.

O qeyd edib: “Sevindirici haldır ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasından sonra Lefkoşa ilə Bakı arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Rəsmi strukturlarla yanaşı, işgüzar dairələr də iki ölkə arasında dialoqa mühüm töhfə verir və bu, bizim üçün qürur mənbəyidir”.

Şimali Kipr lideri iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, sahibkarları daha sıx əməkdaşlığa çağırıb.

Bəyanatın mətni Ersin Tatarın Azərbaycana səfərindən fotoşəkillərlə müşayiət olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
34
azertag.az

10Mənbələr