Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.