AZ

Trampın danışıq tərzinə görə Oval kabinet boks rinqinə bənzədilib

Xarici liderlərin görüşlərinin hazırlanmasında iştirak edən beş keçmiş yüksək vəzifəli diplomatlar ABŞ prezidenti Donald Trampın dövründə Oval kabineti boks rinqinə bənzədiblər.

Herbiand.az bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ağ Ev rəhbəri tərəfindən Ukrayna prezidenti Vladimir Zelenskinin ictimai qınaq, Cənubi Afrika prezidenti Siril Ramafosaya qarşı soyqırım ittihamları və Kanadanın baş naziri Mark Karni ilə gərgin danışıqlar Oval kabinetin müəyyən edilmiş normalarını pozub. Bu da bəzi xarici liderlərdə panika yaradıb. Yüksək səviyyəli xarici qonaqlar bu hadisələri belə qəbul ediblər ki, Trampla ABŞ-da görüşlər başqa cür hazırlıq tələb edir.

Keçmiş diplomatlar dövlət başçılarını “diplomatik “ciu-jitsu”, trolling və hətta “Şimali Koreya tipli” yaltaqlığa əqli cəhətdən hazırlaşmağa” çağırıblar.

Trampın ilk prezidentliyi dövründə Fransanın ABŞ-dakı keçmiş səfiri olmuş Jerar Aro deyib: “Heç vaxt ictimaiyyət qarşısında Trampla ziddiyyət təşkil etməyin, çünki o, simasını itirəcək, bu isə onun barışa bilməyəcəyi bir şeydir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
50
herbiand.az

10Mənbələr