AZ

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq. 

Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burjanadze” stadionunda oynanılacaq.

Seçilən
52
fanat.az

1Mənbələr