TBİLİSİ, 7 iyul. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze döş qəfəsindən aldığı güllə yarası ilə Saqareco rayonunda xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki,bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, T.Rijvadzenin ağciyəri zədələnib, lakin onun səhhəti stabildir.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq tədbirlərinə başlaınıb.
T.Rijvadze artıq Tbilisi xəstəxanalarından birinə köçürülüb.
Hadisə ilə bağlı Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleks Axvlediani oldu silahın ehtiyatsız saxlanması maddəsi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.