AZ

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 719 milyon 353 min manat sığorta haqqı toplanılıb.

Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75 milyon 599 min manat və ya 11.74% çoxdur. 2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 643 milyon 754 min manat sığorta haqqı toplanılıb.

Bəhs olunan dövrdə ən çox sığorta haqqı “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən toplanılıb. Belə ki, şirkət 345 milyon 94 min manat sığorta haqqı toplayıb.

Ən az sığorta haqqı isə  1 milyon 213 min manat həcmi ilə “İpək Yolu Sığorta” ASC toplayıb.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqqları üzrə renkinqi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Mayya Hüseynova

Seçilən
22
8
valyuta.az

10Mənbələr