AZ

Trampdan bu ölkələrə HƏDƏ

ABŞ prezidenti Donald Tramp BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10% rüsum tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə o, “Truth Social”da paylaşım edib.

Tpamp BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə 10%-lik əlavə tariflərin tətbiq olunacağını vurğulayıb.

“İstisnalar olmayacaq", - Ağ Evin rəhbəri yazıb.

Başqa bir məqaləsində o, iyulun 7-də ABŞ administrasiyasının digər ölkələri ikitərəfli ticarətin gələcək şərtləri, Amerika bazarına təqdim etdikləri mallara tarif dərəcələri və ya sövdələşmələrin bağlanması barədə məlumatlandırmağa başlayacağını bildirib.

Murad Məmmədli

Seçilən
27
7
bakivaxti.az

10Mənbələr