AZ

Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü

Bakı.Trend:

Bakıda avtomobilinə yanlış yanacaq doldurulan şəxs məhkəmədəqalib gəlib.

Trend-inməlumatına görə, iddiaçı ötən il avtomobilinə yanacaq doldurmaqüçün cavabdeh şirkətə məxsus yanacaq doldurma məntəqəsinəyaxınlaşıb.

İddiaçı məntəqə işçisinə avtomobilinə 50 manatlıq dizel yanacaqdoldurmasını bildirib. Lakin məntəqə işçisi avtomobilinə “Ai 92”markalı benzin doldurub. Nəticədə avtomobilin farsunka və yanacaqfiltri yararsız hala düşüb. Vətəndaş avtomobili evakuatorvasitəsilə servisə aparıb. Yoxlama zamanı müəyyyən olunub ki,nasazlıqların aradan qaldırılması üçün ümumilikdə 5525 manat pultələb olunur.

İddiaçı avtomobilinə yanlış yanacağın doldurulması səbəbindənona vurulmuş maddi zərərin əvəzi kimi 5525 manat məbləğində pulvəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmişdövlət rüsumunun əvəzi kimi 75 manatın, 1000 manat mənəvi zərərincavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledilməsini məhkəmədən xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə iddiaçı xeyrinə vurulmuşmaddi ziyanın əvəzi kimi 5.525 manat, ödənilmiş dövlət rüsumununəvəzi kimi 75 manat, cəmi 5.600 manat məbləğində pul tutulub.

Məqalədə:
Seçilən
19
50
az.trend.az

10Mənbələr