AZ

İsrail və HƏMAS arasında dolayı danışıqların növbəti raundu Dohada başlayıb

Bakı. Trend:

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağındaatəşkəs rejiminin tətbiqi ilə bağlı dolayı danışıqların növbətiraundu Dohada start götürüb.

Trend xəbər verirki, bu barədə Qətərin “Al Araby” telekanalı məlumat yayıb.

Bildirilib ki, Qətərin vasitəçiliyi ilə keçirilənməsləhətləşmələr zamanı tərəflər atəşkəs razılaşmasının həyatakeçirilmə mexanizmini, həmçinin Qəzzada saxlanılan israilligirovlarla İsraildə həbsdə olan fələstinli məhbusların azadedilməsini müzakirə ediblər.

Xatırladaq ki, bu ilin mart ayında İsrail ordusu Qəzza zolağındahərbi əməliyyatları bərpa edərək, yanvarda əldə olunmuş atəşkəsrejimini pozmuşdu. O vaxtdan etibarən Misir, Qətər və ABŞ-ninvasitəçiliyi ilə aparılan bir neçə danışıqlar raundu nəticəsizqalmışdı.

İyulun 2-də ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlükatəşkəs planına razılıq verdiyini, HƏMAS isə iyulun 4-də Fələstinqrupları ilə məsləhətləşmələrdən sonra təklifə müsbət cavabverdiyini bəyan edib. Hazırkı danışıqlar bu razılaşmanın həyatakeçirilməsini təmin etməyə yönəlib.

Seçilən
22
16
az.trend.az

10Mənbələr