AZ

ABŞ-nin maliyyə naziri: Tramp tariflərlə bağlı 100 ölkəyə xəbərdarlıq məktubu göndərəcək

BAKI, 6 iyul. TELEQRAF

“İyulun 9-da daha yüksək tariflərin qüvvəyə minməsinə qədər ABŞ daha bir neçə ticarət razılaşması əldə etməyə yaxındır”.

Teleqraf xəbər verir ki, bunu CNN-ə ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın Amerika ilə böyük ticarət əlaqələri olmayan təxminən100 ölkəyə məktub göndərəcək: “Həmin ölkələrə aprelin 2-də tətbiq edilən və sonra 90 gün müddətinə dayandırılan daha yüksək tarif dərəcələri ilə üzləşəcəkləri barədə xəbərdarlıq ediləcək. Düşünürəm ki, biz çox tez bir zamanda çoxlu razılaşmaların şahidi olacağıq".

Yada salaq ki, aprelin 2-də Donald Tramp ABŞ-nin ticarət tərəfdaşı olan əksər ölkələrə qarşı irimiqyaslı tariflər elan etmişdi. Tariflərin baza dərəcəsi 10 faiz idi, lakin bəzi ölkələr üçün rüsumlar 50 faizə çatırdı. Tramp müqavilə danışıqlarına vaxt vermək üçün iyulun 9-dək 90 günlük tarifləri dayandırıb.

ABŞ indiyədək yalnız Böyük Britaniya və Çinlə ticarət müqavilələri bağlayıb. Həmçinin Vyetnam, Hindistan, Tayvan, Braziliya, Aİ və Yaponiya ilə sazişlər üzrə ciddi danışıqlar aparılır.

Seçilən
34
18
teleqraf.com

10Mənbələr