AZ

Rusiyalı nazirdən Azərbaycanla bağlı açıqlama: “Lazım gəlsə, dostlarımız bizə kömək edəcək”

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi konkret olaraq Azərbaycandan pomidor idxalına qadağa qoymağı planlaşdırmır. Bu məsələni bazar özü tənzimləyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Oksana Lut bildirib.

Onun sözlərinə görə, Rusiyada pomidor və xiyar bazarı kifayət qədər balanslaşdırılıb: Dominos pizza

“Mövsümdən asılı olaraq dəyişkəndir. Belə ki, yayda öz pomidorumuz çoxdur. Pomidor və xiyar da şəxsi təsərrüfatlarda yetişdirilir.

Əgər məhsulumuz kifayət qədərdirsə, bu o deməkdir ki, bazar sadəcə olaraq xaricdən almayacaq. Əgər kifayət qədər məhsul yoxdursa, bu o deməkdir ki, Azərbaycan və Özbəkistandan olan dostlarımız bizə kömək edəcək", - nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
50
yenisabah.az

10Mənbələr