Ajans.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.
Ölkə rəhbəri bildirib: “Aparılan axtarış əməliyyatı zamanı metan qazından zəhərlənərək xəstəxanaya yerləşdirilən qəhrəman hərbçilərimiz arasında şəhidlərimizin olması xəbərini böyük kədərlə qarşıladım.
Türkiyənin təhlükəsizliyi və türk millətinin əmin-amanlığı uğrunda canlarını riskə atmış qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və Türk Silahlı Qüvvələrinə başsağlığı verirəm.
Müalicəsi davam edən hərbçilərimizin tezliklə sağalmasını arzu edirəm”.
Yada salaq ki, Şimali İraqda axtarış əməliyyatları zamanı 19 Türkiyə hərbçisi zəhərlənib, onlardan 5-i şəhid olub.

Ajans.az bu paylaşımı sizlərə təqdim edir: