AZ

Vensan Kompani PSJ-yə məğlubiyyətə aydınlıq gətirdi

“Bayern”in baş məşqçisi Vensan Kompani 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/4 final oyununu (0:2) şərh edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, 39 yaşlı belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünrəm ki, müvafiq vəziyyətlər gələcək üçün şövqü artırmağa kömək edir. Biz komandamızı pis oyuna görə tənqid etməyəcəyik, biz PSJ-yə qarşı elə, gözlədiyimiz kimi çıxış etdik, amma nəticə əldə edə bilmədik. Bu, futboldur. Təəssüf ki, bizə, PSJ-nin oyunçusu meydandan qovulduqdan sonra, daha iki-üç qol məqamı yaratmaq müəyəssər olmadı. Bu, bir gerçək idi. Biz əvvəlcədən bilirdik ki, oyunun taleyini xüsuslar həll edəcəklər, məhz elə, belə də baş verdi. Sabah biz evə qayıdacağıq, sonra isə bizim, üç həftəlik məzuniyyətimiz olacaq.

Yeni mövsümə hazırlıq üç həftədən tez başlamayacaq. Oyunçular növbəti mərhələyə hazırlaşa bilmələri üçün istirahətə ehtiyac duyurlar”, deyə Vensan Kompani vurğulayıb.

Beləliklə, “Bayern” klublararası dünya çempionatı ilə vidalaşıb. Yarımfinala yüksəlmiş PSJ bu mərhələdə İspaniya nəhəngi “Real”la qarşılaşacaq.

Seçilən
22
3
arena.az

5Mənbələr