BAKI, 6 iyul. TELEQRAF
Ukrayna lideri legitimliyini təsdiqləmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib .
“Çünki o, qanuni prosedurlarla deyil, hakimiyyətdə olduğunu sübut etmək üçün hər hansı digər vasitələrlə legitimliyini bir daha təsdiq etməlidir” - deyə Zaxarova qeyd edib.
Zaxarova həmçinin əlavə edib ki, Zelenski Qərb müttəfiqləri tərəfindən unudulmaqdan qorxur və bu, onun postunu itirməsinə səbəb ola bilər.